یالنیز اؤیرنیردیک بیر- بیریمیزه
دئدیلر بو سئوگی باش توتان دئییل
نه سن دینله میشدین، نه من آنلادیم
زامانا تاسلاری جوت آتان دئییل
سنی باشلامیشدیم بیر یاز گونونده
سن منی بیتیردین بیر قیش آخشامی
سانیردین اونوتدوم اؤیرنمیشلری؟
وئردیین سؤزلردن توتدوغون وارمی؟
سنی یاشاییردیم دنیز- دنیز من
منی آنلاییردین داملا کیمی سن
گرک کی یولوموز آیدینلاشایدی
اوستونه قالخیردی یاواش- یاواش چن
بلکه بیز بیر یولو آددیملامیردیق
سانیردیق یولداشیق، یولوموز آیری
یالنیز اؤیردیردیک بیر- بیریمیزه
یاشامین چیینیندن قولوموز آیری
Yalnız öyrənidik bir- birimizə
Dedilər bu sevgi baş tutan deyil
Nə sən dinləmişdin, nə mən anladım
Zəmanə tasları cüt atan deyil
Səni başlamışdım bir yaz günündə
Sən məni bitirdin bir qış axşamı
Sanırdın unutdum öyrənmişləri
Verdiyim sözlədən qalanı varmı?
Səni yaşayırdım dəniz- dəniz mən
Məni anlayırdın damla kimi sən
Gərək ki yolumuz aydınlaşaydı
Üstünə qalxırdı,yavaş- yavaş çən
Bəlkə biz bir yolu addımlamırdıq
Sanırdıq yoldaşıq, yolumuz ayrı
Yalnız öyrəndirdik bir- birimizə
Yaşamın çinindən qolumuz ayrı